Ağıldan qaçanın ömrü pərişan, Hislər yüksəlişə verməyir nişan. Özünü aldatmaq uğurdan deyil, Aldanan kəslərin öz bağrı şan-şan. 25.03.2016
Biz kimik, özümüz yaxşı bilirik, Hər səhfi ömrün naxşı bilirik. Tənqidə amansız, tərifə düşgün, Bunu düşmənlərin baxşı bilirik. 24.03.2016 Şirin Xanım Kərimbəyli Şadiman
ƏLƏMİN ÖMRÜ ZAMANDAN UZUN Ələmin ömürü zamandan uzun, Onu talelərə yazan kim oldu? Çoxu qəmlə dolu bəxt yolumuzun, Bu yolda yorulub azan kim oldu? Hər günün acısı ürəyə zəhər, Yapışar boğazdan ikəlli qəhər, Qəlb dərdə düşəndə qəm verər bəhər, Ona öz könlünü qızan kim oldu? Bədəndən ayrılıb uçduqca hər can, Dondu damarlarda dövran edən qan, […]
Ahımdan qaralan gecə, Könlümtək yaralan, gecə. Ümidimiz sabahadır, Cən bizdən aralan, gecə… 22.03.2016