Вы просматриваете: Главная >Архив для Fevral, 2016

ŞÜKÜR SƏNƏ, ALLAHIM…

ŞÜKÜR SƏNƏ, ALLAHIM Zülmətin qoluzorlu, Sübhün gözləri nurlu, Aləm necə qürurlu? Günəşdən zər saçılır, Qaranlıqlar qaçılır, Yenə səhər açılır, Göydə, yerdə tək şahım, Şükür sənə, Allahım. *** Sevda dolu ürəyim, Coşur min bir diləyim. Hara büküm-bələyim? Yandırıb nəfəsimi, Qırıram qəfəsimi, Təbdən qopan səsimi, Etmədin sinə ahım, Şükür sənə, Allahım. *** Ağlımın can yuvası, Başda sevgi […]

ÜŞÜDÜM…

ÜŞÜDÜM Üşüdüm gözlərin xəyanətindən, İblis ürəklərin bəd niyyətindən, Üşüdüm sevginin soyuqluqundan, Sısqa baxışların donuqluqundan, Müdrik duyğuların oyuqluqundan. Üşüdüm yalanın qaralarından, O haram ciblərin paralarından, Dünyanın sağalmaz yaralarından… *** Əyilməz qəddimi əydi bu ələm. Üşüdüm, tək otaq, bir mən, bir qələm. Yetmədi Tanrıya, yetmədi naləm. Zaman çıraq tutdu əyri işlərə, Ürəklər sındıran pis vərdişlərə, Quduzluq bəxş […]

XOCALI SOYQIRIMI

Bu gün Türkiyəmizi bir çox xristian ölkələr heç vaxt olmamış yalançı erməni soyqırımı ilə suçlayırlar. Keçən əsrin 1918- ci ilində Türkiyənin şərqi Anadolu bölgəsində, güney Azərbaycanında, quzey Azərbaycanında rus işğalçılarının dəstəyi ilə təpədən dırnağadək silahlanmış erməni-hay silahlı dəstələrinin xüsusən türk əsllilərə, nəinki türklərə, hətta digər müsəlman əhaliyə, dağlılara, tatlara, ləzgilərə, kürdlərə, talışlara, hətta dağ yəhudilərə […]

VƏTƏNİN VARLIĞI

VƏTƏNİN VARLIĞI Vətənin varlığı əsgərdən başlar, İgidin sədası sərhəddən gələr. Yurduna arxadır düşünən başlar, Düşmənə nifrətlər hiddətdən gələr. Torpaqsız, yuvasız insan qəribdi, Dünya ayağına hicran səribdi, Məğlubun barını yağı dəribdi, Çəkdiyi sitəmlər zillətdən gələr. Vətən ev-eşikdi, Vətən diləkdi, Bədənin içində vuran ürəkdi, Allah nəsib edən məsum mələkdi, Onun mükafatı nemətdən gələr. Biz ağrı-acısın uduruq hər […]