Вы просматриваете: Главная >Архив для Fevral 3rd, 2016

SURƏTİN AY TƏKİ DURUB QARŞIMDA…

SURƏTİN AY TƏKİ DURUB QARŞIMDA… Surətin ay təki durub qarşımda… Həsrətin parlayır bu göz yaşımda. Edir ürəyimə hicranın sitəm, Çəkilib getməyir könlümdən matəm. Hər yerdə görürəm xəyalını mən, Qəlbimin telləri qırılır dən-dən, Ömrümdən boylanır elə iztirab, Qalmayıb canımda nə taqət, nə tab. Bitmir ayrılığın acı möhləti, Naləm əyan edir ərşə haləti. Surətin ay təki yuxumdan […]

ÖZÜMÜ AXTARIRAM…

ÖZÜMÜ AXTARIRAM Ömür əlimdə darı, Günlərimi arıram. Bala gül yığan arı… Özümü axtarıram. Ötən günlərə varıb, Qəlbi zamana sarıb, Qəmin sinəsin yarıb- Özümü axtarıram. Bəşərin damı uca, Hər dama da bir baca, Özümdən qaça-qaça- Özümü axtarıram. Həyat sobası isti, Ömür bacası tüstü, Alıbdı möhnət üstü, Özümü axtarıram. Ağıl cana təsəlli, Can yiyəsinə bəlli, Tutub vaxtdan […]

AH, YAZIQ MƏMLƏKƏT, AH, YAZIQ VƏTƏN…

AH, YAZIQ MƏMLƏKƏT, AH, YAZIQ VƏTƏN… Ah, yazıq məmləkət, ah, yazıq Vətən, Könlümün içində eşq ilə bitən, Adın rüşvətlə talanıb gedir, Ürəyin ağrıyla bulanıb gedir. Əzabdan o yana yolun yoxmu heç?! Varsa müsibətdən bir qurtulub keç. Dilin haqq arayır cəllad əlində, Gözlərin boğulur kədər selində. Rüşvət sevgisiylə çırpınır başlar, Göydən başımıza tökülür daşlar. Hər gün […]