Mar
25
Sövet dövrü idi, tələbə idim, bacım xəstəxanada yatırdı, mən də onun yanına gedib gəlirdim, palatada 4 çarpayı vardı, həmin çarpayıların birində xərçəng xəstəliyindən son günlərini yaşayan bir erməni qadın yatırdı, əri azərbaycanlı idi, 4 uşaqları var idi. Kişi hər gün onun yanına gəlib gedir, yemək gətirir,ona bir körpəyə baxan kimi qulluq edirdi. Erməni qadın əri ilə çox kobud davranırdı. Kişi palatadan gedən kimi erməni qadın onun dalınca söyüşləri yağdırırdı, həm bizim, həm öz dillərində. Maraq götürdü məni, yaxınlaşıb ondan soruşdum niyə belə edirsən? Axı o sənə necə qulluq edir, əvəzində sən onunla necə rəftar edirsən?
Dedi: Mən sizin millətə nifrət edirəm, daha doğrusu bizi türkə nifrətlə böyüdürlər.
Dedim: Bəs niyə onunla həyat qurdun?
Dedi: Türkdən uşaqlar doğmaq üçün, şükür Tanrıya 4 erməni yetişdirmişəm, bu dünyadan rahat köçəcəm…
Dedim: Niyə məhz türkdən?
Dedi: Sizin xalq cəsur və istedadlı xalqdır, fürsət düşdükcə sizin kişilərdən uşaq doğmaq bizim erməni xalqına vətəndaşlıq borcumuzdur.
Səhəri gün bacımın yanına gələndə qadın artıq rəhmətə getmişdi, bacım dedi ki, apar məni burdan bizim azərbaycanlı külbaş səhərə qədər erməni zövcəsinə göz yaşı axıdıb…
Qeyd: Dünəndən Rusiyada terrorda həlak olan erməni qadınıyla azərbaycanlının evliliyinə heyrət edirsiz, amma mən heç təəccüblənmirəm, milli hissi olmayan insana düşmən də dost kimidir!…