Вы просматриваете: Главная > Şeirlər > SURƏTİN AY TƏKİ DURUB QARŞIMDA…

SURƏTİN AY TƏKİ DURUB QARŞIMDA…

SURƏTİN AY TƏKİ DURUB QARŞIMDA…

Surətin ay təki durub qarşımda…
Həsrətin parlayır bu göz yaşımda.
Edir ürəyimə hicranın sitəm,
Çəkilib getməyir könlümdən matəm.
Hər yerdə görürəm xəyalını mən,
Qəlbimin telləri qırılır dən-dən,
Ömrümdən boylanır elə iztirab,
Qalmayıb canımda nə taqət, nə tab.
Bitmir ayrılığın acı möhləti,
Naləm əyan edir ərşə haləti.
Surətin ay təki yuxumdan baxır,
Baxışın könlümü yandırıb, yaxır.
Basır yatağımı hiss-həyəcanım,
İsinmir həsrətin oduyla canım.
Ağrılar içində illət boylanır,
Bütün həyatımdan zillət boylanır.
Gecəm sabahıma dərmanə gəlir,
Ay təki surətin fərmanə gəlir.
Yıxır ümidimin sarayın qubar,
Hər ağrı içində bir işgəncə var.
Soyuq məzar kimi üşüyür canım,
Xəyalın önündə əsirdi anım.
Tütyə sevincim də həsrətdən keçir,
Zülmün qədəhindən ruhum qan içir.
Həsrətin parlayır bu göz yaşımda,
Surətin ay kimi durub qarşımda…
18.02.2005
Şirin Xanım Kərimbəyli Şadiman