Ey, İran, haqqımızı tapdalayıb küfür edirsən,
Bizə arxa çevirib düşmənə tərəf gedirsən.
Nədir dərdin de bilək, əhli-vətən çəkir zülüm?
Sənə İslam deməyə vallahi gəlməyir dilim.
Bu qədər ağrı-acı çəkdi Vətən övladımız,
Yağıya qalib olub ucaldı göyə adımız.
Nədir bəs səni salan bir o qədər vəsvəsəyə,
Düz yolu əyri edib yollanırsan daş-kəsəyə.
Hansı Allaha itaət edirsən, söylə bilək?
Oxuduğun duanın kəlamını əylə, bilək!
Erməni nə vaxdan oldu de sənə dindaş, ağa,
Getdiyi şər yoluna səni etdi qardaş, ağa!
Güneyin sancısını çəkməyə taqətinmi yox?!
Milyonla türk olana zərrəcə izzətinmi yox?!
Sirkə tünd oldu dəxi öz qabını çat eyləyir,
Ayağın əyri qoyan, cana bata-bat eyləyir!
Ey İran, tərsə dönüb, tərsə etmə işlərini,
Qıcıtma bizə tərəf vəhşi kimi dişlərini…
Fənası lap çox olur kim eyləsə yamanlığı,
Tanrının dostu odur, kim qoruyur insanlığı!..
Terrora rəvac verib yağıya silah daşıma,
Əlində Quran tutub, odu ələmə başıma.
Ey İran, məscidinə qonaq bulma gavurları,
İslamı nicat bilən yağı etmə yavruları.
Məscidi gəl çevirmə fitnə-fəsad yuvasına,
Şər yolu tutmuşların gəl oynama havasına!
Səbri daşsa Güneyin diz üstə çökdürər səni,
Məgər heç görməyirsən başın üstə gəzən çəni?
Şadiman az birini söylədi etdiklərinin,
Yoxdu faydası sənə valahi yetdiklərinin…
06.04.2024