Вы просматриваете: Главная >Архив для Yanvar, 2016

İŞĞALDA

İŞĞALDA Özüm işğalda, Sözüm işğalda. Közüm işğalda, Dözüm işğalda, Allah, bəs necə, Mən gündüz-gecə, Dözüm işğalda?! Şirin Xanım Kərimbəyli Şadiman

ÇƏKMİSƏN ƏRŞƏ YUXUMU…

ÇƏKMİSƏN ƏRŞƏ YUXUMU Qəlbimin fəryadı gözdə sellənir. Bu gecə çəkmisən ərşə yuxumu. Bu gecə könlün yox, hicran dillənir, Səpdin ürəyimə həsrət toxumu. Bir dənə ümidi göyərtdin canda, Min dənə hicranın boylandı andan, Ruhum yüz yol keçdi sənin yanından, Sən yox ayrılığın duydu qoxumu. Bu gecə hönkürtdün eşqimi yaman, Bu gecə özümə tapmadım səhman, Bu gecə […]

BÖYÜK ƏMƏLLƏRİN YAŞAR DÜNYADA

BÖYÜK ƏMƏLLƏRİN YAŞAR ELLƏRDƏ Məşhur xeyriyyəçi Bakı milyonçusu Zeynalabdin Tağıyevin ruhuna… Böyük əməllərin yaşar ellərdə, Adın nəsil-nəsil gəzər dillərdə, Sən xalqın, millətin dayağı oldun, Bu ana Vətənin mayağı oldun. Yurduna sərf etdin varı, sərvəti, Künclərə dürtmədin pulu, dövləti. Atalıq eylədin imkansızlara, Fəqir-füqəraya çox kamsızlara. Çəkdin şollar suyun Bakıya bir vaxt, Su deyən dilləri eylədin xoşbaxt. […]

DÜNYA ŞEYTAN İÇİNDƏ

DÜNYA ŞEYTAN İÇİNDƏ Ərşi, kürşü ram edən, Acılarla kam edən, Qəlbə dərdi dam edən, Bədənlərlə şam edən, Zalımlar can biçində, Dünya şeytan içində. Yıxılıb haqq guşəsi, Kəsir nahaqq tişəsi, Sınır ürək şüşəsi, Artır iblis nəş’əsi, Hamı niyə, neçində? Dünya şeytan içində. Yerdən göyə fəryaddı, Can bədəninə yaddı, Ağızlarda imdaddı, Şər hər işdə abaddı, Bəşər köçə-köçündə […]