Yan
31
ÇƏKMİSƏN ƏRŞƏ YUXUMU
Qəlbimin fəryadı gözdə sellənir.
Bu gecə çəkmisən ərşə yuxumu.
Bu gecə könlün yox, hicran dillənir,
Səpdin ürəyimə həsrət toxumu.
Bir dənə ümidi göyərtdin canda,
Min dənə hicranın boylandı andan,
Ruhum yüz yol keçdi sənin yanından,
Sən yox ayrılığın duydu qoxumu.
Bu gecə hönkürtdün eşqimi yaman,
Bu gecə özümə tapmadım səhman,
Bu gecə ümidim etdi mənə man,
Xəyalın qovmadı təklik qorxumu…
31.01.2016
Şirin Xanım Kərimbəyli Şadiman.