Вы просматриваете: Главная >Архив для Dekabr, 2015

BUNDAN SONRA ÇIXAR CANI YOXSULUN…

BUNDAN SONRA ÇIXAR CANI YOXSULUN Dərdlərinə çarə hanı yoxsulun? Bundan sonra çıxar canı yoxsulun. İtiribdi çoxdan varı-mülkünü, Çörək üçün satıb köhnə kürkünü, Mehman edib qəlbə qorxu-hürkünü, Qaralıbdı yaman qanı yoxsulun, Bundan sonra çıxar canı yoxsulun. Haram cibli tikir hündür imarət, Sonra gedib hacı edir ziyarət, Vicdan qarət, iman qarət, din qarət, Əhvalını yaxşı tanı yoxsulun, […]

BU YAZIQ XALQA QALAN…

Talanır sərvətimiz xarici işbazlar üçün, Nədir millət amalı ağlı dayaz qazlar üçün? Banglərə dollar yığılır hər diləyi sazlar üçün, Vətənin eşqi niyə sözləri avazlar üçün? Nə ki var, var-yoxumuz yadlara bir nemət olur, Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur. Sorulur neftimizin ən dərin qatları belə, Aranır, axtarılır qatların çatları belə, Təki başdakıların olsun […]

GÜNDƏM XƏSTƏLİYİNƏ TUTULANLAR

GÜNDƏM XƏSTƏLİYİNƏ TUTULANLAR Axır zamanlar məndə belə fikir yaranıb, məktəbdə davamiyyəti zəif olan, kifayət qədər məktəbdə öyrədilən fənlərdən baş çıxarmayan insanların bir çoxu qələm əhli, ya da müğənni olur. Mənim indiki yazacağım mövzuda qətiyyən müğənnilərlə işim yoxdu. Bu mövzu ilə qoy musiqi sahəsində çalışan, ömrünü-gününü o işə sərf edən adamlar məşğul olsun. Məni özümün də […]

ÇƏKİL GET, QARA BULUD…

Çəkil get, qara bulud, qəlbə divan eləmə, Al sabahın sinəsin qəmə ünvan eləmə. Duyğularım gah göydə, gah yerdə avazlanır, Ürəyimdə dünyanın min bir dərdi yazlanır, Kədər mənə ərk edir, bu sinəmdə nazlanır, Ruhun zənguləsinə təbim yenə sazlanır, Beyitlərin içində misralar pərvazlanır… Çəkil get, qara bulud, könlü xarab eləmə, Mənim fəryadlarıma iblistək tab eləmə. Yenə açdın […]