Вы просматриваете: Главная >Архив для Noyabr, 2015

ŞƏRƏ ƏYİLƏNLƏRİMİZ

ŞƏRƏ ƏYİLƏNLƏRİMİZ Uşaq vaxtlarımdan rəhmətlik nənəmdən belə bir deyim eşitmişdim, bala rusun çörəyi dizinin üstündədi, onlara bel bağlamaq olmaz, yoldaşlıq et, amma ehtiyatını da əlindən vermə. Oktyabr ayından bu yana dəfələrlə Türkiyə hava sərhədini pozan rus qırıcıları nəhayət ki, öz layiqli cəzasını aldı. Türkiyə hava sərhədini pozan rus bombardmançı qırıcısını türk şahinləri vurdu. Gəlin görək […]

SİYASƏTDİ, SİYASƏT

SİYASƏTDİ, SİYASƏT Cahanda hey mərəkə, Ev-ev gəzir səksəkə, Qeyzlənir hər ölkə, Qırğınlar alır vüsət, Siyasətdi, siyasət. Nə qədər ölüm, qada, Sakitlik yox dünyada, Gedir vicdanlar bada, İndi ən yaxşı sənət, Siyasətdi, siyasət. Dinlər əldə oyuncaq Söndürülür çox ocaq, Qan içində hər bucaq, Artır ilbəil zillət, Siyasətdi, siyasət. Hökümdarlar dilləşir, İmanla kin əlləşir, Axan qanlar selləşir, […]

DÜNYA ŞEYTAN İÇİNDƏ

DÜNYA ŞEYTAN İÇİNDƏ Ərşi, kürşü ram edən, Acılarla kam edən, Qəlbə dərdi dam edən, Bədənlərlə şam edən, Zalımlar can biçində, Dünya şeytan içində. Yıxılıb haqq guşəsi, Kəsir nahaqq tişəsi, Sınır ürək şüşəsi, Artır iblis nəş’əsi, Hamı niyə, neçində? Dünya şeytan içində. Yerdən göyə fəryaddı, Can bədəninə yaddı, Ağızlarda imdaddı, Şər hər işdə abaddı, Bəşər köçə-köçündə […]

BAXA BİLMİRƏM

BAXA BİLMİRƏM Mən ürəyimdə tufan dunyanın haqq səsiyəm, Bütün Yer kürəsinin yanıqlı naləsiyəm, Taleyimin əlində həyat piyaləsiyəm, Düşüb bir gün torpağa parça-parça olacam, Cahanın bağırında fəryad təki qalacam. Yenə də duyğularım köpürür sellər təki, Könlüm elə ağlayır yanıqlı dillər təki, Sinə içində atəş bozarıb küllər təki, Ayrıla bilmirəm heç bu sevda yuxusundan, Daha sevə bilmirəm […]