Вы просматриваете: Главная > Şeirlər > UZUN YOLA ÇIXMIŞIQ

UZUN YOLA ÇIXMIŞIQ

Uzun yola çıxmışıq,
Yolumuz açıq olsun.
Bizi düşmən sayanlar
Ayaqda palçıq olsun!
İç-çöl dolu xainlə,
Vətən, başını qoru!
Çoxu maskada dinlə,
Varmı nahaqqa soru?!
Parçalanmış yurdların
yad əllərdə inləyir.
Perikdi övladların,
Səndən imdad diləyir.
Birləş Azərbaycanım,
Yetər ki, parçalandıq.
Birlik olsun ünvanım,
Bəsdir alışıb yandıq.
Uzun yola çıxmışıq,
Yollar uğurlu olsun.
Şəri küncə sıxmışıq,
Vətən diləyin bulsun!
O tay, bu tay ağrısı,
Ürəklərdən silinsin.
Birlik olsun doğrusu,
Kimliyimiz bilinsin…
Birləş Azərbaycanım,
Şadiman sənə xəstə.
Can içində sən canım,
Bəslən ürəyim üstə!!!…
22.05.2023