Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Ömürdən asılıb həyat yarlığı, Çəkdirir insana könül darlığı. Qohumlar nə qədər doğma olsa da, İnsana həyandır dostun varlığı. 12.03.2016