Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Ağıla gəlməyən könülə gəlməz, Qəmə əyilənin heç üzü gülməz, Bu dünya elə bir sınaq meydanı, Hamını əydirər, özü əyilməz… 11.03.2016