Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
İlahi, qəlblərə xöş məram gətir, İnsan ağılında mərhəmət bitir. Dünya göz yaşından qurtulmayırsa, Qopar bədənimdən ruhumu götür. 13.03.2016