Вы просматриваете: Главная >Архив для Mart 17th, 2016

DÖRDLÜK

Niyə pərçimlənib tutdun kürsünü? Vecinə almırsan umu-küsünü. Xalqın fəryadına qulaq versəydin, Bəlkə oyadardın insan hissini! 17.03.2016

DÖRDLÜK

Layiqsiz tutduğu yeri boşaltmaz, Yatmış vicdanını heç vaxt oyatmaz. Ona təsir etməz ahlar, nalələr, Puhunu millətin ruhuna qatmaz… 17.03.2016