Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Niyə pərçimlənib tutdun kürsünü? Vecinə almırsan umu-küsünü. Xalqın fəryadına qulaq versəydin, Bəlkə oyadardın insan hissini! 17.03.2016
Şərh üçün bağlıdır.