VƏTƏN Bir içim suyumsan, bir udum havam, Dilimdən göylərə ucalan duam, Köksümü sığdığım ən isti yuvam, Ruhum ağuşunda bülbültək ötən, Sənsiz yerdə, göydə qəribəm,Vətən. 29.04.2016
DÖRDLÜK Hər kəsin həyatı özünə bənzər, Çəkdiyi əzablar üzündə gəzər. Yandırar hər günü ömür ocağı, Ürəyi qövr edən közünə bənzər… 28.04.2016
SƏN Ruhumun içində boylanır duyğum, Artır günbəgündən bu eşqə qayğım, Tək sənə köklənib can dolu sayğım, Titrətdin içimi ordan getdi çən, Küləktək könlümə uçub doldun sən… Vəfa qaynağımsan, can timsalımsan, Dilimdən düşməyən ruh misalımsan, Ən ağır məqamda şaqraq halımsan, İtirdim özümü qaçdı qəlbdən mən, Küləktək könlümə uçub doldun sən… Harada, nə zaman doğuldun? Bilməm, Ruhumun […]
NİGARANAM Bu dünyanın qüssə dolu sabahına inamım az, Qarlı qışdan üzü bəri uzaqlardan əl edir yaz, Göylər sirli, günəş altun, yol gözləyən yollar bəyaz, Bu sərsəri oyunların hər sirrindən, nigaranam, Dünyanın üst qatı asan, mən dərindən nigaranam. Ağrı-acı qıvrılıbdı ilan təki köks içində, Çöhrə gördüm, könül gördüm, vicdan gördüm hər biçimdə, Bu nakişi […]