Apr
25
SƏN
Ruhumun içində boylanır duyğum,
Artır günbəgündən bu eşqə qayğım, Tək sənə köklənib can dolu sayğım, Titrətdin içimi ordan getdi çən, Küləktək könlümə uçub doldun sən… Vəfa qaynağımsan, can timsalımsan,
Dilimdən düşməyən ruh misalımsan, Ən ağır məqamda şaqraq halımsan, İtirdim özümü qaçdı qəlbdən mən, Küləktək könlümə uçub doldun sən… Harada, nə zaman doğuldun? Bilməm,
Ruhumun içində nağıldın, bilməm, Zəkamdan boylanan ağıldın, bilməm, Xəyalın önündə əsir olub tən, Küləktək könlümə uçub doldun sən… Mən səni ruhumdan necə qovlayım?
İçdə doğan eşqi neylə ovlayım, Neylə başın qatım, neylə tovlayım? Sevginin önündə lal olmuşam mən, Küləktək könlümə uçub doldun sən. 25.04.2016 Şirin Xanım Kərimbəyli Şadiman
|
||