Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
DÖRDLÜK Hər kəsin həyatı özünə bənzər, Çəkdiyi əzablar üzündə gəzər. Yandırar hər günü ömür ocağı, Ürəyi qövr edən közünə bənzər… 28.04.2016