Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Mərifət əhlinə dünya möhtacdır, Onu yaşadanlar başına tacdır. İnsanın xilası biliyə bağlı, Dini bölümlərə elm əlacdır. 25.03.2016