Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Dünyada hər ömür həyat parçası, Onun tapmacasın kimdi açası? Zamanı ışıqtək yanıb sönəcək, Bədənin ruhu var quştək uçası… 26.03.2016