Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Ruha qida verir yazın gəlişi, Bağçaya, çəmənə qonub gülüşü. Gah külək, gah yağış cövlan eyləyir, Əqli başdan alır nazlı yerişi… 19.03.2016