Вы просматриваете: Главная > Şeirlər > ƏLƏMİN ÖMRÜ ZAMANDAN UZUN

ƏLƏMİN ÖMRÜ ZAMANDAN UZUN

ƏLƏMİN ÖMRÜ ZAMANDAN UZUN

Ələmin ömürü zamandan uzun,
Onu talelərə yazan kim oldu?
Çoxu qəmlə dolu bəxt yolumuzun,
Bu yolda yorulub azan kim oldu?

Hər günün acısı ürəyə zəhər,
Yapışar boğazdan ikəlli qəhər,
Qəlb dərdə düşəndə qəm verər bəhər,
Ona öz könlünü qızan kim oldu?

Bədəndən ayrılıb uçduqca hər can,
Dondu damarlarda dövran edən qan,
Ölüm ayağında şirin ikən an…
Bir çarə arayıb, yozan kim oldu?

Hər insan dünyanın bir gülüstanı,
Payızı yetəndə solar bostanı,
Bütöv bir bəşərin ömür dastanı-
Qaldı sinələrdə, ozan kim oldu?

Bəşər bir-birinə yağıdır nədən?
Torpaq, ölənlərlə dolukən mədən,
Köçəndə bir parça yerindi, bədən-
Ona gec məzarı qazan kim oldu?

Şadiman fələyin önündə sail,
O qoyduğu yola gedənlər qail,
Verdiyi əmrə Əzrayıl nail…
Onun fərmanı pozan kim oldu?

Şirin Xanım Kərimbəyli Şadiman

Şərh üçün bağlıdır.