Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Ağıldan qaçanın ömrü pərişan, Hislər yüksəlişə verməyir nişan. Özünü aldatmaq uğurdan deyil, Aldanan kəslərin öz bağrı şan-şan. 25.03.2016
Şərh üçün bağlıdır.