LƏNƏT VƏ RƏHMƏT İki şeydən birin qazanır insan, Biri lənətdirsə, o biri rəhmət. Lənətə sahiblik nə qədər asan, O ki, tələb etmir heç kimdən zəhmət. Rəhmətin yiyəsi olmaq çox çətin, Adəmdən Tanrıya lənət-xəyanət! Rəhmət qazancıdır bəşəriyyətin, İnsanlıq adına lənət-cinayyət. Nə dövlət, nə sərvət, nə pul, nə para, Heçnə aparmadı gedən dünyadan. Vurduq bir-birinin köksünə yara, […]
Mərifət əhlinə dünya möhtacdır, Onu yaşadanlar başına tacdır. İnsanın xilası biliyə bağlı, Dini bölümlərə elm əlacdır. 25.03.2016
Dünyada hər ömür həyat parçası, Onun tapmacasın kimdi açası? Zamanı ışıqtək yanıb sönəcək, Bədənin ruhu var quştək uçası… 26.03.2016
ÇANAQQALA (Ey türk torpağlarına şəhid düşən, məkanın cənnət olsun!) Ruhumuzun qürur yeri, Çanaqqala, Ürəklə bir vurur yeri, Çanaqqala… Üstümüzə gələn azğın yolun sapdı, Qorxu bilməz igidlərin silah qapdı, Süngülərlə düşmənlərin bağrın çapdı, Varlığımız dincliyini səndə tapdı, Sən titrətdin ərzi-göyü, Çanaqqala, Nərə çəkdin, kəsdin heyi, Çanaqqala. Yerlər-göylər bir-birinə dəydi o gün, Əsgərlərin qurd ürəyi yedi o […]