AĞI-DASTAN 20 YANVAR 1990-ci il şəhidlərinin müqəddəs ruhuna… Sinəsi yara, Bakı, Yaxdılar qara, Bakı, Yağının fitvasıyla Qarışdı ara, Bakı. Didilən canlarım oy! Tökülən qanlarım oy! Başım, qollarım hanı? Axır köksümün qanı, Qana susayan yağı, Sən verdin, aldın canı? Bağlanan yollarım oy! Zəncirli qollarım oy! İgidim ölmə dayan, Bağlı gözün aç, oyan, […]
Ürəyə düşəni çıxartmaq olmur, Çıxarıb könüldən heç atmaq olmur… Ürək dediyimiz canın özüdür, Onu tən üzvünə heç qatmaq olmur… 19.01.2019
Ağlamaq eşqinə düşmüşəm yenə, Axıdım gözümdən yaşı sel kimi. Çıxıb əzablarım canımdan önə, Əsir qəfil qopan dəli yel kimi. Qaçmaq istəyirəm yerlərdən göyə, Buraxım tənimi qoy yerin olsun. Ruhum haray salıb bu səsə-küyə, Deyir məzar qazı lap dərin olsun! Bu bədən neyinə lazımdır deyir, Yapışıb qalmısan qopa bilmirsən. Doğulduğun gündən şər yolu əyir, […]
Coşmaq istəyirsən, deyirlər, Xəzər, Sənin coşğunluğun canımda gəzər. Tufanın, sükutun tanışdır mənə, Ümidsiz canlardan eyləmə həzər!… 16.01.2019