Вы просматриваете: Главная >Архив для Yanvar 19th, 2019

AĞI-DASTAN

AĞI-DASTAN   20 YANVAR 1990-ci il şəhidlərinin müqəddəs ruhuna…   Sinəsi yara, Bakı, Yaxdılar qara, Bakı, Yağının fitvasıyla Qarışdı ara, Bakı. Didilən canlarım oy! Tökülən qanlarım oy!   Başım, qollarım hanı? Axır köksümün qanı, Qana susayan yağı, Sən verdin, aldın canı? Bağlanan yollarım oy! Zəncirli qollarım oy!   İgidim ölmə dayan, Bağlı gözün aç, oyan, […]

DÖRDLÜK

Ürəyə düşəni çıxartmaq olmur, Çıxarıb könüldən heç atmaq olmur… Ürək dediyimiz canın özüdür, Onu tən üzvünə heç qatmaq olmur… 19.01.2019