Вы просматриваете: Главная >Архив для Dekabr, 2018

YENİ İL DUASI

Əziz Həmvətənlər, Həmrəylik günümüz və Yeni ilimiz mübarək olsun!   YENİ İL DUASI   Ey canın işığı, ey Yaradanım, Vaxtın təkərini fırladır anım. Saniyələr ömrü çəkib aparır, İçimə min ağrı töküb aparır. Sənə ünvanlanıb dildə sözümüz, Sənin şimşəyini alır közümüz. Yenə köhnə ili yola salırıq, Yenə intizara möhtac qalırıq. Nə olar sındırma ümidimizi, İşğal sınağıyla […]

DÖRDLÜK

Ürək gedən yerə ağıl getməyir. Özünü ürəyə təslim etməyir. Daim çarpışmada bir-biri ilə, Bir ömür davadı, savaş bitməyir… 30.12.2018

DÖRDLÜK

İynə ucu boyda ümid bəs edir, İnsan arzusunun dalınca gedir… Ümid qırıqlığı gücü tükədir, İstəyi zirvədən yerə endirir… 29.12.2018

Bayatı

Kül altından qor baxar, Göz yorular tor baxar. Öz dilinə yad olan, Öz kökünə xor baxar…