Vaxt bir qızıla bənzər, Ağıl sahibin bəzər… 27.11.2018
Yenə də göylərdən boylanır bulud, Tökür gözlərindən yaşı sel təki. Səma sızıltısı bir yanıqlı ud, Gəzir qulaqlarda həzin yel təki. Səhər ağ dumanı tutub üzünə, Yağışın əlindən özün qoruyur. Payızın xəzanın çatıb özünə, Yarpaq töküldükcə ağaclar uyur. Sükut yarışına girib küçələr, Yayın hay-harayı evlərə hopub. Damda yer axtaran yazıq sərçələr, Hardasa özünə bir […]
Hiylə pərdəsini tutma üzünə, Bəsdir, kül üfürmə haqqın gözünə. Yamanlıq-yaxşılıq boşuna getməz, Nə etsən qaydar bir gün özünə… 18.11.2018
*** Tutur şər adamlar haqqın gözünü, Gizləyir min rənglə şeytan üzünü. Nə qədər edilsə şərə ibadət, Dinclik tapmayacaq bu yer üzünü… 10.11.2018 İnsan zəkasında oturub kimlik, Edir əməlinə hər an hakimlik. Hakimin səhviylə çalışan ürək, Dərdinin çarəsi deyil həkimlik… 13.11.2018 Sənə can deyəndən qoru özünü, Gizlədir min rənglə […]