Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Hiylə pərdəsini tutma üzünə, Bəsdir, kül üfürmə haqqın gözünə. Yamanlıq-yaxşılıq boşuna getməz, Nə etsən qaydar bir gün özünə… 18.11.2018