Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Yaxşılıq hər zaman haqqa işıqdır, Varlığın evinə bir yaraşıqdır. Mizrabtək dindirər ürək telini, Sarı simə vuran ustad aşıqdır… 02.10.2018