Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
İnsan zəkasında oturub kimlik, Edir əməlinə hər an hakimlik. Hakimin səhviylə çalışan ürək, Dərdinin çarəsi deyil həkimlik… 13.11.2018