Вы просматриваете: Главная >Архив для Oktyabr, 2018

DÖRDLÜK

Hamı öz bəxtinə bürünüb gedir, Zamanın dalınca sürünüb gedir. Doğulan şam təki yanıb əriyir, Bir ömür dünyada görünüb gedir… 31.10.2018

DÖRDLÜK

Ömürdən keçib gedən insanın cansağlığı, Həyat dəyirmanında üyüdülür varlığı. Bizdən əvvəl də belə yol alıb getdi bəşər, Zamanın sinəsindən asılıbdı yarlığı… 30.10.2018

DÖRDLÜK

Danışma, ey adam, xalqın adından, Xalqın kim olmağı çıxıb yadından. Çapırsan atını belədən-belə, Alışıb yanarsan bir gün odundan… 29.10.2018

DÖRDLÜK

Doğulduğun gündən yuyulan beyin, Min bir cəfənglərlə doyulan beyin. Həyatın vurduğu hər cür zərbədən, Ömrün son anında ayılan beyin! 28.10.2018