Вы просматриваете: Главная >Архив для Sentyabr, 2018

QAP-BACADAN BOYLANIR…

    Yenə gəlib qap-bacadan boylanır, Üz-gözündən qəm tökülür payızın. Buludları göy üçündə oylanır, Gözlərindən nəm tökülür payızın.   Qaranquşlar köç eyləyib gedirlər, Boş yuvalar eyvanlardan asılıb. Bu yerləri qəribtək tərk edirlər, Lələkləri yuvalara qısılıb.   Şimşəkləri pələnglərtək öcəşir, Ağızından qığılcımlar tökülür. Asimana düşüb yenə bir həşir, Göy hayqırır, yerin bağrı sökülür.   Yay ayının […]

DÖRDLÜK

Zalımlıq heç kəsə verməyir bəhər, Başqasının ömrün eyləmə zəhər. Nə etdin qayıdar bir gün özünə, Sanma ömür keçib gedər bir təhər… 21.09.2018

DÖRDLÜK

Əritmə ömrünü ah-vay içində, Dünya köməkdardı insan köçündə. Özünə güvəni əgər artırsan, Həyatın işığı yanar içində… 19.09.2018

“DEYİRLƏR”Ə DEYİRLƏR

“DEYİRLƏR”Ə DEYİRLƏR (“DEYİRLƏR” MAHNISINA ÇAĞRIŞ)   “Deyirlər”ə ağız büzən, Yoxdu səndə Vətən eşqi! Pozulacaq bir gün düzən, Çox çəkməz zülümün məşqi.   Silkələn manqurt deyirlər, Kimliyi arıt deyirlər, Bizlərə Bozqurt deyirlər.   Niyə susub çağlamırsan? Bağrımı yandıran, Araz?! Biz yanırıq ağlamırsan, Haqqı dayandıran, Araz!   Bütövləş Vətən deyirlər, Ürəkdə bitən deyirlər, Azərbaycan tən deyirlər.   […]