Noy
16
***
Tutur şər adamlar haqqın gözünü,
Gizləyir min rənglə şeytan üzünü.
Nə qədər edilsə şərə ibadət,
Dinclik tapmayacaq bu yer üzünü…
10.11.2018
Gizləyir min rənglə şeytan üzünü.
Nə qədər edilsə şərə ibadət,
Dinclik tapmayacaq bu yer üzünü…
10.11.2018
İnsan zəkasında oturub kimlik,
Edir əməlinə hər an hakimlik.
Hakimin səhviylə çalışan ürək,
Dərdinin çarəsi deyil həkimlik…
13.11.2018
Edir əməlinə hər an hakimlik.
Hakimin səhviylə çalışan ürək,
Dərdinin çarəsi deyil həkimlik…
13.11.2018
Sənə can deyəndən qoru özünü,
Gizlədir min rənglə çoxu üzünü.
Ürək ocağı da sönür bir zaman,
Ələmə yetənə könül közünü…
14.11.2018
Gizlədir min rənglə çoxu üzünü.
Ürək ocağı da sönür bir zaman,
Ələmə yetənə könül közünü…
14.11.2018
Daxili intizam həyat amalı,
Zirvəyə qaldırır daim kamalı.
Hər kəsin həyatı qoyduğu qayda,
Üzündə bərq vurur aləmə halı.
15.11.2018
Zirvəyə qaldırır daim kamalı.
Hər kəsin həyatı qoyduğu qayda,
Üzündə bərq vurur aləmə halı.
15.11.2018
Hər ömrə bəzəkdi qəlbin işığı,
Qalib anlarımız can yaraşığı.
Həyat sınağından keçən insanın,
Demək taleyiylə var barışığı…
16.11.2018