Вы просматриваете: Главная >Архив для Yanvar, 2019

DÖRDLÜK

Hərdən dur özünə kənardan da bax, Göylərdə gəzməyi bir yolluq burax. Bil ki, qismətində bir ömür zaman, Şərə aşiq olub az yandırıb yax…. 26.01.2019

DÖRDLÜK

Hamı qəhrəmandır, hamı üsyankar, Hamının gözündə, hamı davakar. Hamı kimliyini yaxşı bilirkən Özü olmağını eyləyir inkar… 22.01.2019

Deyim

Həyat yaxşı müəllimdi, hər kəsə layiq olduğu dərsi veirir… 23.01.2019

DÖRDLÜK

İşləməyən ağıl ürəyə yağı, Əlində pozular həyat növrağı. Yox fərəh gətirən ağıldan qeyri, Ağılla bərq vurar ömrün çırağı!!!… 21.01.2019