Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Coşmaq istəyirsən, deyirlər, Xəzər, Sənin coşğunluğun canımda gəzər. Tufanın, sükutun tanışdır mənə, Ümidsiz canlardan eyləmə həzər!… 16.01.2019