Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Ömrü dərya bilib üzən adamlar, Bir-birin ağrıyla üzən adamlar. Hər zaman önündə haqqı qul bilib Haqqın boğazını üzən adamlar… 15.01.2019