Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Fəsillər çəkdikcə dünya yükünü, Soyunub geyinir yer öz kürkünü. Təbiət həyata elə vurğundu, İçində saxlamır qəzəbi, kini… 02.01.2019