Вы просматриваете: Главная >Архив для Yanvar 8th, 2019

DÖRDLÜK

Xalq olmasa yurd olmaz, yurd olmasa xalq olmaz, Görən gözü tərəzi, hər kəsi qəlbə salmaz. Onun məhəbbətini qazanmaq asan deyil, Xalqa arxa çevirən, xalqın qəlbində qalmaz!!! 08.01.2019

DÖRDLÜK

Heç kəs boğa bilməz xalqın səsini, Xalq kəsər boğanın öz nəfəsini. O durub hayqırsa yerindən əgər, Dağıdar zülümün dar qəfəsini! 08.01.2019

Dördlük

Sən də ömrüm kimi gəldi-gedərsən, Mənim taleyimə, sanki qədərsən. Keçirsən önümdən səhər yelitək, Bu gedişlə məni candan edərsən… 08.01.2019

DÖRDLÜK

Ürəyim, səninlə söhbətim tutur, Döyüntün dərd qovur, əlimdən tutur. Həyat dəryasında çalxanan ömrü Zamanın tufanı çox atıb tutur… 08.01.2019