Вы просматриваете: Главная >Архив для Sentyabr, 2017

OĞRU

Bəşər oğurluqla məşğul dünyada, Bir gündə səbəbdi min bir fəryada. Biri rüşvət alıb hər gün cib soyur, Neçə imkansızın ürəyin oyur. Kiminə oğurluq gündəlik peşə, Çəkir zənginlərin ürəyin şişə. Kimi bir özgənin yığdığı varı, Dədəmalı təki eyləyir yarı. Kimi könüllərdən közü oğurlar, Kimi bir misrayçın sözü oğurlar, Kimi sinələrdən ürək oğurlar, Kimi fırıldaqdan kələk oğurlar. […]

DƏRD

Elə doğulandan giririk dərdə, Gah mərdə dönürük, gah da namərdə, Dərd yıxır, dağidır dirəyimizi, O yeyir icərdən ürəyimizi. Dünyada hər şeyin səbəbi dərddi, Bəşər qarşısında səddi, sərhəddi. Hərə öz dərdindən əriyir şamtək, Alır sinələri o bir axşamtək. Varlnıın canını qorumaq dərdi, Yığdığin birbəbir arımaq dərdi. Qızın ər evində yarımaq dərdi, Ya ata evində qarımaq dərdi. […]

GECƏLƏRİN SÜKUTUNU ÇOX SEVİRƏM…

  Gecələrin sükutunu çox sevirəm… Orda qəlbin ağrıması, Orda ruhun bağırması, Orda gözün yola düşüb yol getməsi, Orda xəyal çeşməsi var, Orda canın təlatümə düşməsi var… Orda ağlın dincəlməsi, Orda qəmin incəlməsi, Orda həyat nişanəsi, Orda təbin pərvanəsi, Hey dolanır qərib-qərib can başına, Hərdən batır bəbəklərdə göz yaşına. Gecələrin sükutunun hücrəsi var, Mənə düşən otağı […]

İNSAN KİMDİR?

İnsan kimdir? Qurduğunu dağıdan, Öz-özünü cəfalarla ağrıdan. Yalanlara üz tutaraq çox vaxt qaçan doğrudan. Kəşfi ilə zirvələri fəth edən, Bəzən çaşıb, varlığını mədh edən. Aslanları, pələngləri qaçırdan, Yeri-göyü nərəsiylə uçurdan, Acıları içdən çölə tökəndi, Yaratdığın bircə anda sökəndi. Duyduğutək yaradıcı, Varlığına aldadıcı. Görünməyir hiyləsinin, yalanın heç vaxt ucu… *** İnsan kimdir? Dərdlərinə bir həkimdir, Əzabına […]