2017
Tamaha öc verib çoxdan yapışan, Nəfsinə qul olub günlə çarpışan. Bir ömür həyatı çirkaba atıb Günaha, harama, aha qarişan. 31.10.2017
Читать комментарии 0
Tamaha öc verib çoxdan yapışan, Nəfsinə qul olub günlə çarpışan. Bir ömür həyatı çirkaba atıb Günaha, harama, aha qarişan. 31.10.2017
Ürək istəyənə əyilir ağıl, Hər dilək adama deyildir noğul. Doğulan həyatla çarpışmadadı, Hər insan taleyi bir ömür nağıl… 29.10.2017
İnsan çəkə bilmir ağrı yükünü, Axtarır dünənki çevikliyini. Çökdükcə üstünə həyat ağrısı İtirir ömrünə böyüklüyünü… 28.10.2017
Qulaq cingildəyir, ürək eşidir, Duymaq, hiss eləmək onun işidir. Ruhun qidasını hopdurur cana, Bəzən od qalayır, bəzən üşüdür… 28.10.2017