2017
Ürəyə düşəndən qopmaq olmayır, Ağrısı dərd verir sapmaq olmayır. Həsrət ürəyinə düşür daş kimi, Heç yerdə rahatlıq tapmaq olmayır… 27.10.2017
Читать комментарии 0
Ürəyə düşəndən qopmaq olmayır, Ağrısı dərd verir sapmaq olmayır. Həsrət ürəyinə düşür daş kimi, Heç yerdə rahatlıq tapmaq olmayır… 27.10.2017
Qovrulur bu dünya ağrı içində, Çırpınır xeyir-şər bağrı içində. Qana-qan deyənlər meydan sulayır, Haqqı tapdalanan sorğu içində!… 27.10.2017
Dəyərin ölçülmür heç nəylə ürək, İçini ağriya tuş edir dilək. Sənə cəfa verən ömrün illərin, Qatıb qabağına aparır fələk. 27.10.2017
Əzabı özüylə tən olan dünya, Hamın yola salıb Mən olan dünya… 27.10.2017