Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Ürək istəyənə əyilir ağıl, Hər dilək adama deyildir noğul. Doğulan həyatla çarpışmadadı, Hər insan taleyi bir ömür nağıl… 29.10.2017