Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Tamaha öc verib çoxdan yapışan, Nəfsinə qul olub günlə çarpışan. Bir ömür həyatı çirkaba atıb Günaha, harama, aha qarişan. 31.10.2017