Вы просматриваете: Главная > Şeirlər > İNSAN KİMDİR?

İNSAN KİMDİR?

İnsan kimdir?
Qurduğunu dağıdan,
Öz-özünü cəfalarla ağrıdan.
Yalanlara üz tutaraq
çox vaxt qaçan doğrudan.
Kəşfi ilə zirvələri fəth edən,
Bəzən çaşıb, varlığını mədh edən.
Aslanları, pələngləri qaçırdan,
Yeri-göyü nərəsiylə uçurdan,
Acıları içdən çölə tökəndi,
Yaratdığın bircə anda sökəndi.
Duyduğutək yaradıcı,
Varlığına aldadıcı.
Görünməyir hiyləsinin,
yalanın heç vaxt ucu…
***
İnsan kimdir?
Dərdlərinə bir həkimdir,
Əzabına can təhkimdir!
Ölənədək çarpışmada,
adı ilə, özü ilə min illərdi…
Azarıyla,
Məzarıyla,
Baş daşıdı bu dünyada.
Atıb,
Atır,
Atacaqdı əsrlərlə özün oda.
16.11.2014
( “Tək Yaradana gümanım” kitabımdan)