Bu uşağın gözlərində qəm qala, Uşaqlığı itib batıb ağrıda. Deyirlər ki, qədər salır bu hala, Qədərdə də mürvət, insaf bol ola. Bu gözlərin ağrısına baxıram, Hər baxanda ürəyimi yaxıram, Üsyan edib insanlıqdan çıxıram, Doğulanda insan əhli saf ola. Daim boynu bükük gəzir bu uşaq, Duyanların könlün üzür bu uşaq, Sərt həyata necə […]
Əcəb düşdün qəlb içinə ordan getmək nə müşkülmüş. Haqqım bidar olub yaman, haqqa yetmək nə müşkülmüş. Hamı ömrə sığal çəkir, bilmir tanrı pərvənəsi, Qanad açıb şahin təki onu ötmək nə müşkülmüş. Fikirlərim zəncirvari göylə-yerlə bəndə düşüb, Haçalanıb xəyallartək gözdən itmək nə müşkülmüş. Səyyarələr sirr içində aləm ona heyrət edir, Uçub-qonub kainata orda bitmək nə müşkülmüş. […]
Bir azca işığam, bir azca odam, Özüm öz ruhuma bəzən çox yadam, Niyə yaranıbdı, neyçündü adam?! Səndən neçə kərə sormuşam dünya, Səni suallarla yormuşam, dünya. Bizim ayağımız torpağa bağlı, Göylər ovsunlayır, aparır ağlı, Bitib tükənməyir kainat nağlı, Səyyarə içində qormuşam, dünya, Səni suallarla yormuşam, dünya. Elə doğulandan təlatümdəyəm, Ruhum hardan gəlib, özüm kimdəyəm?! Zəkamın duyduğu […]