Вы просматриваете: Главная >Архив для Dekabr, 2019

Ey Azərbaycanı sevənlər, azərbaycanlılar, Bütövləşək, bir olaq, Qarabağı işğaldan azad etmək nəsibimiz olsun! Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İliniz mübarək!!!

BU İL DƏ KÖÇÜB GEDİR

Bu il də köçüb gedir, Qarabağ yağı əldə. Düşmən bildiyin edir, Cəh-cəh vururuq dildə! Sözdə biz birinciyik, Heç bir xalq bizə çatmaz. Yatmağa sevincliyik, Kimsə bizi oyatmaz. Torpaqlar işğal altda, Dil boğaza qoymuruq. Bəxtimiz bata-batda, Talamaqdan doymuruq. İşğalçının dostuna, Dostumuzdur deyirik, Durub yurdun qəsdinə- Boy-buxunun öyürük… Bizdən olmaz dünyada, Başımıza bəlayıq. Mürgüləyib röyada, Zirvə udan […]

DÖRDLÜK

Ürəyə qucaq aç, ağıldan yapış, Onun istəyinə qaynayıb qarış. Başa döyəcləyir zaman çələyi, Uçruma atmasın səni aldanış! 27.12.2019

DÖRDLÜK

Fikirlər ələnir xəzəltək başdan, Ağrı-acıları keçir göz yaşdan. Zaman ömürləri dartır dalınca, Saatın əqrəbi asılır yaşdan!… 19.12.2019