Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Gecənin sükutu gündüzə təşnə, Çəkir aləmlərin sirrin dişinə. Zaman ötüb keçir nəfəs dərmədən, Sanki heyran olub öz yerişinə… 04.12.2019