Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Ürəyə qucaq aç, ağıldan yapış, Onun istəyinə qaynayıb qarış. Başa döyəcləyir zaman çələyi, Uçruma atmasın səni aldanış! 27.12.2019